Cenevrədəki ABŞ-İran görüşlərinin üçüncü raundu başa çatdı - Yenilənib

cenevredeki-abs-iran-goruslerinin-ucuncu-raundu-basa-catdi
Oxunma sayı: 731

İran və ABŞ nümayəndə heyətləri arasında nüvə proqramı ilə bağlı kritik danışıqlar İsveçrədə davam edir.

“Qafqazinfo” “Al Alam” telekanalına istinadən xəbər verir ki, Cenevrədə tərəflər arasında məsləhətləşmələrin üçüncü raundunun ikinci mərhələsinə start verilib.

Omanın vasitəçiliyi ilə keçirilən danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Əraqçi, ABŞ tərəfinə isə xüsusi nümayəndə Stiven Uitkoff rəhbərlik edir. Bu raundda əsas diqqət Tehranın nüvə proqramına dair sazişin ilkin layihəsinin hazırlanmasına və İrana qarşı tətbiq edilən sanksiyaların mərhələli şəkildə ləğvi mexanizminə yönəlib.

Xatırladaq ki, fevralın 17-də keçirilən əvvəlki görüşlərdə tərəflər əsas prinsiplər üzrə ümumi razılığa gəldiklərini bəyan etmişdilər. Hazırkı mərhələ isə daha texniki və detallı məsələlərin müzakirəsini nəzərdə tutur.

***

İran və ABŞ nümayəndələri arasında Cenevrədə keçirilən nüvə danışıqlarının mühüm mərhələsi başa çatıb.