Cenk Tosun zəlzələdə ailəsini itirən azyaşlı ilə görüşdü - Foto

cenk-tosun-zelzelede-ailesini-itiren-azyasli-ile-gorusdu
Oxunma sayı: 2446

Beşiktaş”ın hücumçusu Cenk Tosun Kahramanmaraşda zəlzələdən qurtulan və bütün ailəsini itirən Cavid adlı azarkeşi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə millisinin forvardı xəstəxanada azyaşlını ziyarət edib. 

Bundan öncə isə Cavid Antalyada müalicə aldığı xəstəxanadan müraciət ünvanlayaraq Cenk Tosundan formasını istəmişdi. İstanbul klubunun futbolçusu onun istəyinə belə cavab vermişdi: “Cavid, qardaşım, sən bizim möcüzəmizsən. Forma məsələsini həll edirəm. Özünə gəldikdən sonra oyunlarımızda da səni gözləyəcəm. Səni çox öpürəm, canım qardaşım”. 

Cenk Tosun imzalı formasını Antalyaya apararaq azyaşlıya təqdim edib. Görüşdə futbolçunun həyat yoldaşı Ece Akgürbüz də iştirak edib.