Çevik Polis Alayına yeni komandir təyin olundu

cevik-polis-alayina-yeni-komandir-teyin-olundu
Oxunma sayı: 18126

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına yeni komandir təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə Alayın qərargah rəisi olan polis polkovniki Ramil Priyev təyin edilib.

Qeyd edək ki, iki gün öncə general-mayor Səhlab Bağırov ÇPA-nın komandiri vəzifəsindən azad edilərək DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Təyinatlı Təlim Mərkəzinin rəisi vəzifəsinə təyinat almışdı.

Amin Nəzərli