Ceyhun Bayramov Macarıstana getdi

ceyhun-bayramov-macaristana-getdi
Oxunma sayı: 810

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, C.Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlər nəzərdə tutulur. 

XİN rəhbəri səfər çərçivəsində, Macarıstanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransında da çıxış edəcək.