Ceyhun Bayramov Türkiyəyə təşəkkür etdi

ceyhun-bayramov-turkiyeye-tesekkur-etdi
Oxunma sayı: 911

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, nazir Ceyhun Bayramov dəniz quldurlarının hücumuna məruz qalmış gəmi heyətinin öldürülmüş azərbaycanlı üzvünün nəşinin vətənə gətirildiyini qeyd edərək, bu müddət ərzində məsələnin xüsusi diqqətdə saxlanılması, əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçirilməsi və göstərdiyi yardıma görə qardaş Türkiyədən olan həmkarına təşəkkürünü bildirib.

Nazir, həmçinin gəmi heyətinin əsir götürülmüş 15 üzvünün taleyi ilə, həyata keçirilən xilasetmə tədbirləri ilə maraqlanıb və sözügedən Türkiyə vətəndaşlarının tezliklə ölkələrinə geri qayıtmalarını arzu edib.