Ceyhun Bayramov Zirvə Görüşündə iştirak edib - Yenilənib

ceyhun-bayramov-zirve-gorusunde-istirak-edib
Oxunma sayı: 2252

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiyanın paytaxtı Reykyavik şəhərində Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirak edir.

“Qafqazinfo” xəbər verir ki, Ceyhun Bayramovun Zirvə Görüşündə iştirak edəcək digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiyada Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Toplantısı çərçivəsində “İnsan hüquqları sahəsində yeni və yaranan çağırışlarla qarşı qarşıya – gələcək artıq buradadır” adlı “dəyirmi masa”da iştirak edib.

Bu barədə Xarici İşlər Nazirliyi tviter hesabında bildirilib.