Çin koronavirusa qarşı 8 milyard ayırdı

cin-koronavirusa-qarsi-8-milyard-ayirdi
Oxunma sayı: 1321

Çinin Maliyyə Nazirliyi və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi koronavirusla mübarizə məqsədilə dövlət büdcəsindən 60,3 milyar yuan (8,7 milyard dollar) vəsait ayırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu vəsait ümumi sağlamlıq xidmətinin baza sisteminin inkişafına, profilaktika tədbirlərinə, infeksion xəstəliklərin yayılmasının qarşısının alınmasına xərclənəcək.

Nazirlik və Komitə 2020-ci il üçün ayrılan subsidiyaların şəhərlərdə və kəndlərdə aidiyyəti üzrə (koronavirusun yayılması əleyhinə və qabaqlayıcı tədbirlər məqsədilə) səmərəli və məqsədyönlü şəkildə reallaşdırılmasını tələb edib.

Qeyd edək ki, 2019-cu ilin dekabrından Çinin Uxan şəhərindən yayılmağa başlayan koronavirus 81 nəfərin həyatına son qoyub. Virusa yoluxanların sayı isə 2835 nəfərə çatıb.

Xəstəliyə tutulanlara ABŞ, Yaponiya, Fransa, Nepal, Vyetnam, Avstraliya, Cənubi Koreya və digər ölkələrdə də rast gəlinib.