Çində sərnişin təyyarəsi qəzaya uğradı

cinde-sernisin-teyyaresi-qezaya-ugradi
Oxunma sayı: 3346

Çinin cənubunda “China Eastern” aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çinin CCTV telekanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, təyyarənin göyərtəsində 133 nəfər olub. Lakin hələ ki, ölənlər barədə məlumat verilmir. Hazırda fövqəladə hallar xidmətləri axtarış-xilasetmə işləri aparır.

Ehtimal olunur ki, təyyarə qəzası Çinin Quansi-Çjuan muxtar rayonunda baş verib. Qəza meşə yanğınına səbəb olub.