Çində yeni açılmış körpü uçdu - Video

cinde-yeni-acilmis-korpu-ucdu
Oxunma sayı: 3028

Çində bir neçə ay əvvəl açılmış avtomobil körpüsü sürüşmə səbəbindən qismən uçub.

“Qafqazinfo” “China Daily” nəşrinə istinadən xəbər verir ki, hadisə Sıçuan əyalətində baş verib.

Belə ki, noyabrın 10-u yeni körpüyə bitişik dağ massivində sürüşmə qeydə alınıb. Növbəti gün sürüşmə güclənib, nəticədə konstruksiyanın bir hissəsi uçquna məruz qalıb.

Çatlar aşkar edildikdən sonra polis dərhal körpüdə hərəkəti dayandırdığı üçün hadisə nəticəsində xəsarət alan olmayıb.