“Contact”la pul köçürmələri dayandırıldı

contactla-pul-kocurmeleri-dayandirildi
Oxunma sayı: 4480

Rusiyanın “Contact” pul köçürmə sistemi fəaliyyətini dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, “Contact” bunun bu gün “QIWI Bank”ın lisenziyasının ləğv edilməsi ilə bağlı olduğunu bildirib:

“Hörmətli müştərilər, Rusiya Bankından “QIWI Bank”ın lisenziyasının ləğv edildiyi barədə məlumat aldıq. Biz başa düşürük ki, hazırda çoxlu sualınız var. Vəziyyəti araşdırırıq və necə davam edəcəyimiz barədə məlumat əldə etdikdən sonra sizinlə əlaqə saxlayacağıq”.

Qeyd edək ki, lisenziyanın ləğv olunması səbəbilə pulköçürmə sistemi Azərbaycandakı fəaliyyəti də dayandırıb.

Xatırladaq ki, Contact pulköçürmə sistemi “QIWI Bank”ın məhsullarından biridir.