“Çoxuşaqlı anlayışı 5 uşaqdan 3-ə endirilməlidir”

coxusaqli-anlayisi-5-usaqdan-3-e-endirilmelidir
Oxunma sayı: 2028

“Əmək pensiyaları haqqında qanunda 8-ci və Sosial müavinətlər haqqında qanunda 4-cü maddələrə yenidən baxılsın”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib. 

Deputat qeyd edib ki, çoxuşaqlı ailə məsələsinə də yenidən baxılmalıdır: “Bu sahədə differensial yanaşma çox vacibdir. Çoxuşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilməlidir. 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni, 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər”. 

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də düşünür ki, çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdıır: “Biz bu təklifi dəstəkləyirik. Çoxuşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilməlidir. Eyni zamanda onlara verilən müavinətə baxılmalıdır. Ailələrə daha çox uşaqlara görə müavinət verilməsi yollarını axtarırıq, müvafiq qurumlarla danışırıq”.