Ötən gün axşam saatlarında paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Neftçilər prospektinin “Crescent Mall” Ticarət Mərkəzinin qarşısından keçən hissəsində minik avtomobili yolu keçməyə çalışan xanım piyadanı vurub.
Qeyd edək ki, hadisə yerinin yaxınlığında yeraltı piyada keçidi mövcuddur.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, 18.02.2026-cı il tarixində saat 22:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, Dəniz Vağzalının yerləşdiyi ərazidən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində 1988-ci il təvəllüdlü şəxs (qadın) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Pasiyentə epidural qansızma diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Qəza yerindən görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər