Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı 4 yeni müttəhim məlum olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Belə ki, hücum etməkdə şübhəli bilinənlərdən ikisi istintaq təcridxanasına göndərilib, daha ikisi isə federal axtarışa verilib.
Şübhəlilər “Crocus City Hall”da törədilən terror aktında iştiraklarını etiraf etməyiblər. Lakin onlar odlu silah və sursatların qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Xatırladaq ki, martın 22-si axşam saatlarında “Crocus City Hall” binasında terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb. Hadisə ilə bağlı 10-dan çox şəxs həbs edilib.