“Crocus”la bağlı işdə iştirak edən doqquzuncu şəxs həbs edildi

crocusla-bagli-isde-istirak-eden-doqquzuncu-sexs-hebs-edildi
Oxunma sayı: 3042

Moskvanın Basmannı məhkəməsi Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin tələbi ilə “Crocus City Hall”da terror aktı ilə bağlı işdə iştirak edən doqquzuncu şəxs Nəzrimad Lutfulloini həbs edib.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, o, iki ay müddətinə (mayın 22-dək) ​​həbs olunub.

 Müstəntiqlərin fikrincə, o, konsert salonuna edilən hücumların maliyyələşdirilməsində iştirak edib.

Xatırladaq ki, Moskvada “Crocus City Hall”da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 382 nəfər isə yaralanıb.