“Crystal-Mebel-İnteryer” Armarium markası ilə fəaliyyət göstərməyə başladı

crystal-mebel-interyer-armarium-markasi-ile-fealiyyet-gostermeye-basladi
Oxunma sayı: 636

“Crystal-Mebel-İnteryer” şirkəti Armarium markası ilə Azərbaycan Türkiyə birgə müəssisəsi kimi fəaliyyət göstərməyə başlayıb.

Xırdalan qəsəbəsində müasir standartlara uyğun mebel fabriki qurmaqla 2009-cu ildən fəaliyyət göstərməyə başlayan “Crystal- Mebel- Interyer” şirkəti ilk günlərdən ölkəmizin mebel bazarında xüsusi dəst-xətti ilə seçilməyə başladı.

Ötən illər ərzində müştərilərin və daimi tərəfdaşların zövqünü oxşayan, alıcıların istək və tələblərinə cavab verən mebel nümunələri istehsal edən şirkət istehsal prosesində ən son texnologiyalardan istifadə edir və mükəmməl ornament tətbiqlərinə nail olur.

Daima keyfiyyət sistemini yeniləyən “Crystal- Mebel- İnteryer” bununla da xidmət səviyyəsini daha üstün pilləyə qaldırır. Qarşıda dayanan bütün hədəflərə yetişmək üçün məhsul portfelində çeşid çoxluğu yaratmaq, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülüyü kimi prinsiplər şirkətin əsas meyarı olaraq qalır. Bütün bu deyilənləri ön planda saxlamaq,  müştəri və tərəfdaşların tələblərini doğrultmaq kimi, peşə dəyərləri sistemi “Crystal- Mebel- İnteryer”in peşəkar komandası üçün vazkeçilməzdir.

Yola saldığımız 2023-cü il şirkət üçün  mükəmməl uğurlar ili kimi yadda qalacaq. “Crystal-Mebel-İnteryer” MMC adı alan, Armarium markası ilə  Azərbaycan Türkiyə birgə müəssisəsi kimi yenidən ciddi layihələrə imza atan şirkət böyük hədəflərə çatmaq üçün mebel istehsalında ən son texnologiyalardan istifadə etməyə başlayıb.  

Artıq xeyli vaxtdır ki, şirkətin Xırdalanda yerləşən mebel fabrikində Almaniya, İtaliya və Türkiyə istehsalı olan dəzgah və makinalardan istifadə edilir. Buraya avtomatlaşdırılmış maşınlar, kompüter prosesinə nəzarət, müxtəlif materialların emal üsulları daxildir. Daha bir  üstünlük isə ondan ibarətdir ki, “Crystal- Mebel-İnteryer” şirkəti müştərilərin tələb və ehtiyacları əsasında mətbəx, yataq və digər mebel dizaynları yaratmağa kömək edən dizayn xidmətləri təklif etməkdədir. Qabaqcıl istehsal texnologiyaları və təcrübəli ustalar komandası  ən cəsarətli dizayn ideyalarını icra etməyə imkan verir.

Hər bir müəssisənin qazandığı böyük uğurlar ilk növbədə peşəkar və çevik komandanın formalaşdırılmasından keçir. “Crystal-Mebel- İnteryer”in Xırdalan mebel fabrikinin ortağı, Türkiyəli iş adamı, 30 ilə yaxındır ki, mebel sektorunda uğurla çalışmış peşəkar mebel mütəxəssisi Ramazan Kazancının yüksək təşkilatçılıq bacarığı sayəsində məhz belə komandanı formalaşdırmaq mümkün olmuşdur. Türkiyəli iş adamının gətirdiyi yeniliklər sayəsində fabrikin iş prosesi komputer nəzarəti altında başdan-başa avtomatlaşdırılımış və lojistika-çatdırılma sistemi daha da gücləndirilmişdir. Sevindirici haldır ki, “Crystal-Mebel- İnteryer” şirkəti bu gün dünyanın ən modern modellərinin istehsalını asanlıqla həyata keçirir.  Məhsullarıın davamlılığını və möhkəmliyini təmin etmək üçün yalnız yüksək keyfiyyətli materiallardan və komponentlərdən istifadə edilir. Cəsarətlə söyləmək mümkündür ki, “Crystal-Mebel- İnteryer” şirkəti  yüksək keyfiyyət, innovativ dizayn və üstün funksionallığı birləşdirən aparıcı mebel istehsalçısıdır. Şirkət artıq ən tələbkar müştərilərin ehtiyaclarını nəzərə alaraq klassikdən müasirə qədər geniş çeşiddə mebel məhsullarının yaradılmasında ixtisaslaşıb. Özəl tikinti şirkətləri eibarlı tərəfdaş olan Xırdalan fabrikinə  demək olar ki, hər ay böyük sayda qapı, ofis və digər təyinatlı mebelləri sifariş verirlər. 

“Crystal-Mebel- İnteryer”  şirkəti təkcə mebel istehsalçısı deyil, həm də eviniz, ofisiniz və ya hər hansı digər məkanınız üçün rahat və dəbli interyer yaratmağa kömək etməyə hazır olan tərəfdaşdır. Məqsəd ən yüksək standartlara cavab verən keyfiyyətli mebellər vasitəsilə müştərilərimizin həyatını rahat və estetik cəhətdən xoş etməkdir. 

“Crystal- Mebel-İnteryer” şirkəti Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq xarakteri kəsb edən ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xüsusi töhfəsini vermək niyyətindədir.

Əminliklə söyləmək lazımdır ki, Armarium markası altında daha böyük hədəflərə çatmağı planlayan “Crystal-Mebel-İnteryer” Azərbaycan- Türkiyə birgə müəssisəsinin yaradılması regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun həyata keçirilən işlərə və ölkəmizdə işsizliyin aradan qaldırılmasına da ciddi töhfələr verəcək. 

Xəyallarınızı Armariumla süsləyin!

Armarium bir “Crystal-Mebel-İnteryer” markasıdır!

Web sayt :  www.armarium.az

Email poçt: [email protected] 

İnstagram : www. instagram.com/ @armariumkitchendoor.

Facebook : www.facebook.com/ armariumkitchendoor

Mob telefon/whatsapp : 051-290-81-27