Culfada yanğında 3 yaşlı uşaq öldü - Foto

culfada-yanginda-3-yasli-usaq-oldu
Oxunma sayı: 449

Bu gün Naxçıvan Muxtar Respublikasının (MR) Culfa şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə zamanı 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı Emil Cəfər oğlu Zeynalov xəsarət alıblar.

Yaralılar ilkin olaraq Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə vəziyyətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına təxliyə ediliblər.

Həkimlərin səylərinə baxmayaraq, yanğın nəticəsində xəsarət alan 2023-cü il təvəllüdlü E.Zeynalovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.