Dadaş Dadaşbəyli qızıl medalçı oldu - Fotolar

dadas-dadasbeyli-qizil-medalci-oldu
Oxunma sayı: 2388

İdmançımız Dadaş Dadaşbəyli II MDB Oyunlarının qızıl medalçısı olub.

Azərbaycan Ağır Atletika Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, Belarusda keçirilən II MDB Oyunlarında ağır atletika üzrə yarışlara 150-dən çox idmançı qoşulub. 

Bu gün Əli Şükürlü və Dadaş Dadaşbəyli 109 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Əli Şükürlü toplam 300 kq (130+170) nəticə ilə yekun sıralamada 5-ci yeri tutub.

Dadaş Dadaşbəyli isə toplam 393 kq (177+216) nəticə ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.