Daha “ambulans harada qaldı?” deməyəcəyik - Video

daha-ambulans-harada-qaldi-demeyeceyik
Oxunma sayı: 2241

Gündəlik həyatımızda hər birimiz Təcili Tibbi Yardım Xidməti çağırmağına ehtiyac duyuruq. Bəzən yollarda tıxacların olması səbəbindən ambulansın nə zaman çatmağına görə narahat oluruq. Artıq yol tıxacları və ambulansın çatma vaxtı ilə bağlı narahat olmağa ehtiyac yoxdur. “Referans” bu sahədə daha bir yeniliyə imza atıb.

“Qafqazinfo” xəbər verir ki, “Referans Ambulans”dan çağırdığınız ambulansın harada olduğunu izləmək üçün telefonunuza mesaj vasitəsilə link göndərilir. 

Linkə daxil olaraq ambulansın yerini canlı şəkildə izləyə, lazım olduqda ambulans heyəti ilə birbaşa əlaqə yaratmaq imkanı verir.  Başqa bir üstünlük də ondadır ki, sizə gələn bildirişi qəbul etdiyiniz halda, Ambulans komandası da sizin harada olduğunuzu izləyə bilir. Bu da tibbi yardıma ehtiyacı olanların daha tez və effektiv şəkildə yardım almasını təmin edir. 

Qeyd edək ki, “Referans Ambulans”  Bakı və Azərbaycanın digər regionlarında təcili tibbi yardımı fasiləsiz və operativ şəkildə təmin edir. Bu xidmət çərçivəsində, ağır vəziyyətdə olan xəstələr ambulanslarla Bakıya və ya xəstənin seçdiyi hər hansı bir klinikaya ən yüksək səviyyədə tibbi evakuasiya olunurlar. 

Bundan əlavə, “Referans Ambulans” təcili və təxirəsalınmaz hallarda, pasiyentin Azərbaycandan digər ölkələrə daşınması üçün xüsusi ambulans təyyarəsi və helikopter hava ambulansı xidmətləri də təqdim edir. Bu xidmətlər, təcili tibbi yardıma ehtiyacı olan şəxslərin təhlükəsiz və sürətli şəkildə lazımi tibbi müəssisələrə çatdırılmasına imkan yaradır.  

Referans Ambulans 
Həyat qurtarmaq üçün saniyələrlə yarışır.   
Çağrı Mərkəzi: *0003 
Mob: (+994 77) 426 00 03 
https://www.instagram.com/referansambulance/ 
https://www.facebook.com/referansambulans0003