Daha bir erməni hərbçinin meyiti Füzulidə tapıldı

daha-bir-ermeni-herbcinin-meyiti-fuzulide-tapildi
Oxunma sayı: 1997

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha bir erməni hərbçinin meyiti tapılıb.

Bu barədə “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir.

Hərbçinin qalıqları Füzuli rayonu ərazisində aşkarlanıb.

Mərhumun şəxsiyyətinin müəyyən edilməsi üçün ekspertiza aparılacaq. Sonra onun qalıqları Ermənistana daşınacaq.

Bununla da indiyədək tapılan erməni hərbçilərin meyitlərinin sayı 1 543-ə yüksəlib.