Daha bir vəzifəli şəxs COVID-19-un qurbanı oldu

daha-bir-vezifeli-sexs-covid-19-un-qurbani-oldu
Oxunma sayı: 13380

Təhsil İnstitutunun Metodiki Dəstək Mərkəzinin direktoru Namiq Nağıyev koronavirusdan vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Məlumata görə, o, bu gün COVID-19-dan dünyasını dəyişib.

Qeyd edək ki, N.Nağıyev ötən ilin sonunda təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə təyin olunmuşdu. O, bundan əvvəl Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışırdı.