Daha bir vəzifəli şəxs həbs edildi

daha-bir-vezifeli-sexs-hebs-edildi
Oxunma sayı: 12897

Xəbər verdiyimiz kimi, bu gün “Bərdə Çörək” Məhdud Məsuliyyətli Cəmiyyətinin mağaza müdiri İlqar Həsənov çörəyin qiymətini süni şəkildə qaldırdığına görə məsuliyyətə cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo” daxil olan məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinq zamanı Mingəçevir şəhərində yerləşən “Kür-Çörək” Açıq Səhmdar Cəmiyyətinin sədri Rövşən Hacıyev tərəfindən də vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə qanunsuz üstünlük əldə etmək, çörəyin qiymətini gizli artırmaq məqsədilə 1-ci və 2-ci növ buğda unundan hazırlanan çörəyin hazırlanması zamanı mövcud standartların tələblərinə əməl edilməyərək çörəyin çəkisinin azaldılmaqla vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmalarına şübhələr üçün əsaslar olduğundan təqdim olunmuş materiallar əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işləri başlanıb, İ.Həsənov və R.Hacıyev şübhəli şəxs qismində saxlanıb.

Hazırda cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu cür hallarla qarşılaşan vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 saylı “Qaynar xətt” əlaqə mərkəzlərinə müraciət etmələri tövsiyə edilir.