“Dalton İntizar” Azərbaycanda saxlanıldı

dalton-intizar-azerbaycanda-saxlanildi
Oxunma sayı: 2004

Türkiyədə fəaliyyət göstərən “Daltonlar” adlı cinayətkar qruplaşmanın bir üzvü Azərbaycanda saxlanılıb. 

“Qafqazinfo” Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, söhbət “Dalton İntizar” ləqəbi ilə tanınan, MMA döyüşçüsü İntizar Babaniyazovdan gedir.

O, Azərbaycanda saxlanıldıqdan sonra Türkiyəyə aparılıb. 

Türkmənistan vətəndaşı olan Babaniyazov vətəndaşlara səsli və ya görüntülü zəng edərək pul tələb etməkdə, həmçinin iş yerlərinə silahlı basqınlar təşkil etməkdə ittiham olunur. Dindirilmə zamanı onun 2 hədə-qorxu və 4 silahlı basqın daxil olmaqla, ümumilikdə 6 müxtəlif cinayət əməlində iştirak etdiyi müəyyənləşib. 

Türkiyədə məhkəmə qarşısına çıxarılan Babaniyazov həbs edilib.