Dani Alveş intihar edib?

dani-alves-intihar-edib
Oxunma sayı: 8612

“Barselona”nın və Braziliya millisinin sabiq müdafiəçisi, dünyanın ən titullu futbolçularından biri Dani Alveşin intihar xəbəri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə braziliyalı jurnalist Paulo Albukerke məlumat verib.

O, “X” sosial şəbəkəsində “Dani Alveşin intihar etdiyi barədə məlumat aldım” deyə yazıb.

Daha bir braziliyalı jurnalist Marselo Beçler isə bildirib ki, “Barselona” və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveşin mətbuat xidməti vəkillə danışdıqdan sonra futbolçunun intihar etməsi xəbərini təkzib edib.

Xatırladaq ki, Alveş 2023-cü ilin dekabrında və 22 fevral 2024-cü ildə etdiyi əmələ görə - Barselonada gecə klubunda təcavüz etməkdə təqsirli bilinib.

Barselona Əyalət Məhkəməsi onu zərərçəkmişin xeyrinə 4,5 il həbs, 5 il sınaq müddəti və 150 ​​min avro pul cəzasına məhkum edib.

Xəbəri rus dilində oxuyun: В Шуше из-за снега затруднено движение автомобилей - ФОТО

2023-cü ilin yanvarında qadınlardan biri zorakılıq ifadəsi ilə polisə müraciət etdikdən sonra Alveş nəzarətə götürülüb.