Moskvada Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.
Görüşdən sonra nazirlər arasında baş tutan mətbuat konfransı zamanı H.Fidan Rusiyada bir sıra önəmli danışıqlar həyata keçirdiyini vurğulayıb.
Bununla yanaşı, o, Türkiyənin Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazır olduğunu diqqətə çatdırıb.


Son xəbərlər
Son Xəbərlər