Daşkəsəndə internet problemi yaşanır

daskesende-internet-problemi-yasanir
Oxunma sayı: 1674

Daşkəsən şəhərində və bəzi kəndlərdə internet xəttində problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, 3 saatdır ki, mərkəzdə, Xoşbulaq və Bayan kəndlərində internet şəbəkəsində problem yaşanır.

İlkin məlumata görə, buna səbəb Bayan kəndində qəza zamanı avtomobilin internet xəttini zədələməsidir.

Hazırda internetin bərpası istiqamətində iş aparılır.

Yunis Quliyev