“Daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”

daxili-bazarda-tebii-qaz-istehlakini-azaltmagi-planlasdiririq
Oxunma sayı: 2121

“Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində söyləyib.

“Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”, - dövlət başçısı qeyd edib.