DÇ öncəsi qalmaqallı qarşılama - Futbolçular cinayətkar kimi yoxlanıldı - Video

dc-oncesi-qalmaqalli-qarsilama
Oxunma sayı: 1080

2026-cı il Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşan ABŞ turnirdən əvvəl beynəlxalq futbol komandalarının qarşılanması ilə bağlı qalmaqallı addımla gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Nyu-Yorkda hazırlıq oyunları üçün ölkəyə gələn Özbəkistan milli komandası avtobusdan düşən kimi ciddi təhlükəsizlik yoxlamasına məruz qalıb.

Futbolçular metal detektorlardan keçirilərək, xüsusi təlim keçmiş narkotik itləri ilə axtarılıb.

Oxşar görüntülərin Seneqal milli komandasının ABŞ-yə gəlişi zamanı da qeydə alındığı bildirilir. Hava limanında və uçuş zolağı yaxınlığında futbolçuların genişmiqyaslı təhlükəsizlik yoxlamasından keçirildiyi, bəzi hallarda ayaqqabılara qədər yoxlamaların aparıldığı iddia olunur.

Məlumata görə, yoxlamalar zamanı istifadə edilən itlərin narkotik maddələrin aşkarlanması üzrə təlim keçmiş xüsusi xidmət heyəti olduğu qeyd edilir. Bu isə futbolçuların sanki potensial cinayətkar kimi qəbul edilməsi ilə bağlı narazılıqlara səbəb olub.