Hövsanda 10 nəfər məktəb mühafizəçisinə hücum etdi - Həbs olunanlar var

hovsanda-10-nefer-mekteb-muhafizecisine-hucum-etdi
Oxunma sayı: 1654

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb.

Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb.

Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.

Başından xəsarət alan mühafizəçinin şəhər xəstəxanalarından birinə çatdırıldığı və əməliyyat olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Əldə etdiyimiz məlumata görə, əməli törədən iki nəfər polis tərəfindən müəyyən olunaraq həbs edilib.