De Byazi jurnalistləri təhqir etdi, baş katib üzr istədi

de-byazi-jurnalistleri-tehqir-etdi-bas-katib-uzr-istedi
Oxunma sayı: 3214

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin son turunda Belçikaya uduzduqdan sonra (0:5) mətbuat konfransında azərbaycanlı jurnalistləri təhqir edib.

“Qafqazinfo” “nieuwsblad.be” saytına istinadən xəbər verir ki, italiyalı ona verilən “Azərbaycandan getdikdən sonra jurnalistlər üçün darıxacaqsız?” sualını belə cavablandırıb: 

“Əlbəttə, yox. Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Ancaq axmaq suallar verirlər və axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar “FIAT 500” ilə “Ferrari”yə qalib gələ bilməyəcəyimizi görməyə qadir deyillər”.

Canni tərcrüməsindən xahiş edib ki, həmin fikirləri tərcümə etsin və belçikalı jurnalistlər də bunu başa düşsünlər. İtaliyalı daha sonra mətbuat konfransını tərk edib.

Bundan sonra isə AFFA-nın baş katibi Sərxan Hacıyev Canni De Byazinin sözlərinə görə jurnalistlərdən üzr istəyib.