“Dedi ki, o qolu hələ də unutmamışam” - Video

dedi-ki-o-qolu-hele-de-unutmamisam
Oxunma sayı: 6888

Fransa yığması ilə matçdan Polşaya gedən Azərbaycan millisinin üzvü Mahir Emreli ilə təyyarə bələdçisi arasında maraqlı dialoq yaşanıb.

Futbolçu “Qafqazinfo”ya açıqlamasında həmin anla bağlı bunları bölüşüb:

“Mənə yaxınlaşıb dedi ki, sən Mahir Emrelisən? Təsdiqlədim və bildirdi ki, sənin “Legiya”nın heyətində “Lester Siti”yə vurduğun qolu hələ də unutmamışam”.

Qeyd edək ki, millimiz oktyabrın 13-ü Polşanın Krakov şəhərində Ukrayna yığması ilə üz-üzə gələcək.

Elsevər Məmmədov