“Delimitasiya ilə bağlı yeni görüşün tarixi hələ təyin edilməyib”

delimitasiya-ile-bagli-yeni-gorusun-tarixi-hele-teyin-edilmeyib
Oxunma sayı: 1199

“Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın növbəti görüşünün yeri və tarixi hələ təyin edilməyib”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib. 

O, ilin sonuna qədər yeni təmasların olması ehtimalının az olduğunu vurğulayıb. 

Xatırladaq ki, noyabrın 30-u Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mqer Qriqoryanın sədrliyi altında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib. İclas Azərbaycanın Qazax rayonunun Ermənistanın İcevan rayonu ilə sərhədində baş tutub.