Demet evdən getdi

demet-evden-getdi
Oxunma sayı: 3533

Türkiyəli aktrisa Demet Özdemir və aktyor Oğuzhan Koçun ayrıldığı iddia olunur. 

“Qafqazinfo” “Hürriyyet”ə istinadən xəbər verir ki, həyat yoldaşı ilə dalaşan Demet bir neçə gün əvvəl evdən gedib.

Məlumata görə, fevralın 26-da yeni yaşına girən və zəlzələ fəlakəti səbəbindən ad günü keçirmək istəməyən aktrisa üçün yaxın dostları kiçik şənlik təşkil edib. Dostlarının evində keçirilən bu kiçik şənlikdə Oğuzhan Koç həyat yoldaşını üzəcək hərəkətlər edib. Aralarındakı davanın böyüməsi səbəbindən Özdemir Koçla birlikdə evə qayıtmaq əvəzinə yaxın dostu Seadet Özsırkıntının evinə gedib.

Bir neçə gün ayrı qaldıqdan sonra peşman olan Oğuzhan Koç əlində çiçəklə həyat yoldaşının yanına gedərək üzr istəyib. Bu jestdən təsirlənən Özdemir evinə dönüb. Lakin cütlük bir neçə gün sonra yenidən mübahisə edib. Demet təkrar olaraq evi tərk edib. 

Qeyd edək ki, cütlük ötən ilin avqust ayında evlənib.

Həmçinin oxuyun: “Танец” проснувшегося после спячки медведя - Видео