Deniz Baykal vəfat etdi

deniz-baykal-vefat-etdi
Oxunma sayı: 7217

Türkiyənin tanınmış siyasətçisi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykal 84 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı CHP sədri Kamal Kılıçdaroğlu açıqlayıb.

“CNN Türk”ün məlumatına görə, D.Baykalın son günlər qripə yoluxduğu məlumdur. O, Ankarada evində dünyasını dəyişib.

Baykalın qızı Aslı Baykalın sözlərinə görə, atasının fevralın 14-ü Antalyada dəfn edilməsi planlaşdırılır.

Qeyd edək ki, Deniz Baykal 37-ci hökumətdə maliyyə naziri, 42-ci hökumətdə enerji və təbii sərvətlər naziri, 52-ci hökumətdə xarici işlər naziri və Baş nazirin müavini vəzifələrində çalışıb.