Deputat Goranboyda iftar süfrəsində - Fotolar

deputat-goranboyda-iftar-sufresinde
Oxunma sayı: 1227

Goranboy rayonunda Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, iftar süfrəsində Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Goranboy rayon təşkilatının sədri, rayon ağsaqqalları, ziyalıları, din xadimləri və idmançılar iştirak edib.

Goranboy şəhər məscidində keçirilən mərasimdə çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə milli-mənəvi dəyərlərə göstərdikləri diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən qayğıdan söz açıblar, eyni zamanda respublikamızda dövlət-din münasibətlərinin daima multikultural dəyərlərə əsaslandığını qeyd ediblər.

Sonda din xadimləri tərəfindən şəhidlərimizin xatirəsi yad edilib, “Qurani-Kərim”dən ayələr oxunub, dualar səsləndirilib və Ramazan ayının fəzilətlərindən danışılıb.