Deputatdan Müstəqillik Günü ilə bağlı maraqlı paylaşım

deputatdan-musteqillik-gunu-ile-bagli-maraqli-paylasim
Oxunma sayı: 2191

“28 May - Azərbaycanın Müstəqillik Günüdür. 106 il öncə ucaldılan üçrəngli bayrağımız qürurla ölkəmizin hər güşəsində dalğalanır. Nəinki ölkəmizdə, bu gün müxtəlif dövlətlər Azərbaycana hörmət əlaməti olaraq bayrağımızı ən hündür binalarında nümayiş etdirirlər”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Elnur Allahverdiyevin sosial şəbəkə hesablarındakı paylaşımında qeyd olunub.

“Bu, bizim bir xalq olaraq özümüzü təsdiq etməyimizin, qələbələrimizin göstəricisidir! Bu gün, bu əlamətdar gündə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev 32 il öncə erməni terrorçu qruplaşmaları tərəfindən soyqırımı törədilmiş Xocalı sakinlərinə bərpa olunmuş şəhərdə qısa müddətdə tikilmiş evlərinin açarlarını şəxsən təqdim edib. Ərazilərimizi 30 il ərzində işğalda saxlamış, talan etmiş, viran qoymuş, məscidlərimizi təhqir etmiş, məzarlarımızı dağıtmış Ermənistanda isə - bu gün onların respublika günüdür, - siyasi qüvvələr hakimiyyət uğrunda didişir, cəmiyyətdə aldıqları ağır məğlubiyyətdən sonrakı parçalanma daha da dərinləşir. Budur Azərbaycan xalqının gücü. Budur bizim həmrəyliyimizin, birliyimizin qüdrəti! Var olsun Azərbaycan xalqı! Eşq olsun Azərbaycan ordusuna! Yaşasın Müzəffər Ali Baş Komandan!”, - paylaşımda bildirilib.