Bakıda 17 yaşlı qız itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, 2008-ci il təvəllüdlü A.Rzayeva mayın 20-si Nizami rayonu E.Süleymanov küçəsində yaşadığı evdən dərsə getmək adı ilə çıxaraq naməlum istiqamətə gedib və xəbərsiz olaraq itkin düşüb.
Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.
***
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, yeniyetmə axtarışa elan olunub. Onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.