Dilan Polat iflic qala bilər

dilan-polat-iflic-qala-biler
Oxunma sayı: 8128

Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan məşhur fenomen Dilan Polatın iflic qala biləcəyi ilə bağlı iddialar yayılıb. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə gün öncə “Dr. Mazhar Osman Ruh Sağlamlığı və Sinir Xəstəlikləri Təhsil və Araşdırma Xəstəxanası”na aparılan Dilan Polatın səhhətindəki problemlər və həbsxana şəraiti səbəbindən iflic qalacağını bildirilib. 

Qeyd edək ki, 2019-cu ildən bəri antidepresan dərman istifadə etdiyi öyrənilən Dilanın dərmanı bitdiyi üçün xəstəxanaya yerləşdirildiyi bildirilib və iflic olduğu barədə xəbər yayılıb. Müayinələrdən sonra o, yenidən Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsinə aparılıb. 

Xatırladaq ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.