Dneprdə hücum zamanı ölənlərin sayı artdı - Yenilənib

dneprde-hucum-zamani-olenlerin-sayi-artdi
Oxunma sayı: 2610

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində hündürmərtəbəli binanı raket atəşinə tutması nəticəsində həlak olanların sayı artıb.

“Qafqazinfo” “Ukrainskaya pravda” portalına istinadən xəbər verir ki, hadisə zamanı ölənlərin sayı 35-ə çatıb. 

Ölənlərdən 2-si uşaqdır. Hücum nəticəsində 14-ü uşaq olmaqla daha 75 nəfər isə yaralanıb. 

Məlumata görə, hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

***

Dneprdə raket zərbəsi nəticəsində həlak olanların sayı 40-a çatıb. Ölənlərdən 3-ü uşaqdır.