Dönərxanada partlayış oldu, 2 nəfər yaralandı - Yenilənib

donerxanada-partlayis-oldu-2-nefer-yaralandi
Oxunma sayı: 3095

Ağcabədidə dönərxanada partlayış olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb.

2 nəfər yanıq xəsarəti alıb.

Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub.

***

Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Hadisə ilə əlaqədar olaraq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan araşdırmalar zamanı, partlayışın ilkin ehtimala görə dönərxananın yaxınlığından keçən yeraltı qaz kəmərindən obyektə qaz sızması nəticəsində baş verdiyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.