“Dövlətin malına əl uzadanla işimiz ola bilməz” - Ərdoğan

dovletin-malina-el-uzadanla-isimiz-ola-bilmez
Oxunma sayı: 652

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Genişləndirilmiş Vilayət Başçıları Toplantısında partiya təşkilatına və müxalifətə sərt xəbərdarlıqlar edib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Ankarada AK Partiya Konqres Mərkəzində çıxış edən Ərdoğan partiyanın 11 milyon 710 min üzvü ilə dünyanın ən böyük siyasi hərəkatlarından biri olduğunu vurğulayıb.

Prezident çıxışında daxili təmizlənmə və prinsiplərdən geri addım atılmayacağı mesajını verib:

“Unutmayın, biz yenilənərək addımlayırıq, hər an yenidən doğuluruq. Səhv edənlə sağollaşıb yolumuza daha da güclənərək davam edəcəyik. “Mən olmasam, olmaz” deyən varsa, böyük qəflət və səhv içindədir. Yorulan, yorulub bəhanə gətirən varsa, buyursun kənara çəkilsin, dincəlsin. Dövlətin malına əl uzadanla bizim işimiz ola bilməz”.

Ərdoğan həmçinin müxalifətin tənqidlərinə də kəskin cavab verib:

“Bunlar paxlava qutularında rüşvət alanlara, korrupsionerlərə, şantajçılara sahib çıxdılar. İndi öz qapqara keçmişlərinə baxmadan bizə əxlaq dərsi keçməyə qalxırlar”.

Prezident həmçinin fondlarla bağlı yaranmış məsələnin araşdırılması üçün Vitse-prezident Cevdet Yılmazın rəhbərliyi ilə tam səlahiyyətli qurum yaradıldığını və Dövlət Yoxlama Qurumuna (DDK) tapşırıq verildiyini açıqlayıb.