“Dünəndən boru partlayıb, su küçəyə axır...” - Video

dunenden-boru-partlayib-su-kuceye-axir
Oxunma sayı: 659

“Ötən gün səhərdən Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Mərkəzi küçədə su borusu partlayıb. Su küçəyə, həyətlərə axıb gedir...”

Bu şikayətlə “Qafqazinfo”ya həmin qəsəbədə yaşayan sakinlər müraciət ediblər.

Onların sözlərinə görə, aidiyyəti qurumlara müraciət olunsa da, problem həllini tapmayıb.

Məsələ ilə əlaqədar “İri Şəhərlərin Su Təchizatı” QSC-yə müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, faktla bağlı Sabunçu Sukanal İdarəsinə məlumat verilib: “Əraziyə briqada cəlb ediləcək. Su xətləri yoxlanılacaq, axıntı qeydə alınarsa, müvafiq işlər görüləcək, xətt təmir edilərək problem aradan qaldırılacaq”.

Gülnar Əliyeva