Dünya bu videodan danışır

dunya-bu-videodan-danisir
Oxunma sayı: 4680

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Çin hökuməti haqqında məxfi məlumatı olan şəxsləri agent olaraq fəaliyyət göstərməyə dəvət edib.

“Qafqazinfo”nun məlumatına görə, CIA-nın rəsmi “X” hesabında yayımlanan video vasitəsilə Çin vətəndaşlarına məlumatları təhlükəsiz şəkildə necə paylaşmaq lazım olduğu izah edilib.

Videoda Çin dilində belə ifadə yer alıb:

“Bu video CIA ilə təhlükəsiz əlaqə qurmaq üçün tam təlimat təqdim edir. Biz Çin haqqında həqiqəti bilən və paylaşa bilən insanları axtarırıq”.

CIA təhlükəsizlik tövsiyələri də verib, belə ki, ictimai WiFi-dan istifadə etməmək, şəxsi cihazlardan istifadə etmək, VPN qurmaq, izlənilə bilən tətbiqlərdən qaçmaq və məlumatları yalnız CİA-nın rəsmi veb saytı vasitəsilə göndərmək tövsiyə olunub.

Videoda anonimlik üçün təlimatlar verilib. Nağd pul və ya hədiyyə kartları ilə cihaz almaq, işlənmiş cihazları zavod parametrlərinə qaytarmaq, Qərbdə yerləşən e-poçt xidmətindən anonim hesab yaratmaq və məlumat göndərərkən müvəqqəti yer və əlaqə məlumatlarını paylaşmaq bu qəbildəndir.

Paylaşımdan sonra video qısa zamanda trendə çevrilib və dünyanın hər yerindən şərhlər alıb.

İstifadəçilər “CIA bu cür davranaraq Çini təhrik edir”, “Çinin ABŞ-ni necə izləmək barədə bələdçi yayımdığını təsəvvür edə bilirsinizmi? Bu, nə qədər böyük qalmaqal olardı!”, “Hökumətin bu formada ünsiyyət qurması ilə, həqiqətən, yeni bir dövr başladı, geosiyasi vəziyyət artıq daha açıq şəkildə üzə çıxır. Təəccüb içindəyəm!” kimi şərhlər yazaraq fikirlərini ifadə ediblər.

Çin Kommunist Partiyası isə buna cavab verən hər hansı bir Çin vətəndaşını cəzalandırmaqla hədələyib.

“Bu, xarici güclərin təhrikidir. Buna cavab verən hər hansı bir Çin vətəndaşı ciddi şəkildə cəzalandırılacaq və ya aşkarlanarsa, xain hesab ediləcək”.