Dünyada koronavirusla bağlı son vəziyyət

dunyada-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1171

Dünyada son bir gündə koronavirusa 874 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 874 381 hal qeydə alınıb, COVID-19-dan 14 033 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 143 445 675, ölüm hallarının sayı 3 051 736 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 31 466 876 nəfər virusa yoluxub. Daha sonra Hindistan (15 930 965) və Braziliya (14 043 076) gəlir.