Dünyanın ən uzun qadını səs verdi

dunyanin-en-uzun-qadini-ses-verdi
Oxunma sayı: 3601

Türkiyənin Karabük bölgəsində “dünyanın ən uzun qadını” olaraq Ginnesin Rekordlar Kitabına düşən Rümeysa Gelgi prezident seçkilərinin ikinci turunda səs verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, seçki qutusu 26 yaşlı, 2 metr 15 santimetr boyunda olan Gelginin evinə aparılıb.

Rümeysa Gelgi seçkinin ölkə üçün xeyirli olmasını arzulayaraq, evinə gələn seçki məntəqəsinin səlahiyyətlilərinə təşəkkür edib.