Dünyanın “iki üzü”... - Fotolar

dunyanin-iki-uzu
Oxunma sayı: 6265

Bütün dünyada həyat normal davam edərkən, Qəzzada insanların yaşadığı faciələr bir dilemma olaraq fotoşəkillərə əks olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən həmin təzadlı fotoları təqdim edir:

Bir tərəfdə Yeni il həyəcanı və atəşfəşanlıq, digər tərəfdə Qəzzaya hücumlarda yaranan işıqlar...

Əylənmək üçün palçıq çuxurlarına girənlər; kütləvi məzarlıqlarda basdırılan qəzzalılar...

Bayram üçün üzünü rəngləyənlər; bombardmanlar nəticəsində üzləri qanlı olanlar...

Bir tərəfdə alış-veriş növbəsi, bir tərəfdə bir tikə yeməyi, içməyə təmiz suyu olmayan qəzzalıların ərzaq növbəsi...

İngiltərənin paytaxtı Londonda səyahət; Qəzzada zorla köçürülmüş insanların təhlükəsiz bölgəyə getmə səyləri...

Gəzinti üçün at arabalarından istifadə edənlər, hücumlarda yaralananları xəstəxanaya aparmaq üçün atlardan istifadə edənlər...

Bir tərəfdə uşaq özgür şəkildə velosiped sürür; bombardman altında ailəsinə çörək çatdırmağa çalışan uşaq...