Əbu-Dabidəki görüş təxirə salındı - Zelenski açıqladı

ebu-dabideki-gorus-texire-salindi
Oxunma sayı: 736

Rusiya–Ukrayna münaqişəsinin ilə bağlı Əbu-Dabidə gözlənilən növbəti üçtərəfli danışıqlar təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda məlumat verib.

Onun sözlərinə görə, görüş fevralın 4-ü, 5-i tarixlərində keçiriləcək.

“Ukrayna konkret dialoqa hazırdır və biz nəticənin müharibənin real və ləyaqətli şəkildə başa çatmasına yaxınlaşdırmasında maraqlıyıq”.

Xatırladaq ki, yanvarın 23–24-də üçtərəfli formatda danışıqlar baş tutmuşdu.