Əfqanıstanda məktəb yaxınlığında partlayış - 7 şagird öldü

efqanistanda-mekteb-yaxinliginda-partlayis
Oxunma sayı: 143

Əfqanıstanın şimal-şərqində yerləşən Kunar əyalətində məktəb yaxınlığında partlayış baş verib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qani məlumat verib.

Hadisə nəticəsində 7 şagird həyatını itirib, 99-dək şagird isə yaralanıb.

İlkin məlumata görə, partlayış məktəbin yaxınlığında yerləşən və mədən şirkətlərinə məxsus partlayıcı maddələrin saxlanıldığı anbarda baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, avqust ayında da Əfqanıstanın paytaxtı Kabildə təhsil mərkəzində baş verən partlayış nəticəsində azı 42 uşaq yaralanmışdı.