Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb - Video+Yenilənib

efqanistanda-sernisin-teyyaresi-qezaya-ugrayib
Oxunma sayı: 3717

Əfqanıstanın şimalındakı Bədəxşan vilayətində sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Tolonews” telekanalı vilayətin informasiya və mədəniyyət departamentinin rəsmisi Zabihullah Amiriyə istinadən məlumat yayıb.

Rəsmi əlavə edib ki, qəzaya uğrayan təyyarə ilə bağlı Kuran-va-Muncan rayonunun Topxana bölgəsinə qrup göndərilib.

***

Təyyarənin qəzaya uğramasının səbəbinin texniki nasazlıq olduğu bildirilir.

Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, təyyarənin göyərtəsində altı nəfər olub: dörd ekipaj üzvü və iki sərnişin.

Bildirilir ki, təyyarə Tacikistanla sərhədə yaxınlaşdıqdan sonra əlaqəni dayandırıb. Departamentdən bildirilib ki, təyyarə Qaya (Hindistan) - Daşkənd (Özbəkistan) - Jukovski (Rusiya) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirdi.

***

Əfqanıstan dağlarında qəzaya uğrayan Falcon 10 təyyarəsi Taylandın Pattaya şəhərindən Moskvaya şəxsi tibbi reysə gedirmiş.

“RİA Novosti”nin yaydığı məlumata görə, təyyarənin göyərtəsində ağır vəziyyətdə olan rusiyalı qadın Tailand xəstəxanasından Rusiya Federasiyasına aparılıb. Onu evakuasiya uçuşunun pulunu ödəyən Rusiyadan olan iş adamı əri müşayiət edib.