Əfqanıstanda yenidən partlayış oldu

efqanistanda-yeniden-partlayis-oldu
Oxunma sayı: 724

Əfqanıstanın şimalında Kunduz şəhərində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Xinhua” agentliyi yayıb.

Hadisə nəticəsində 2 dinc sakinin yaralandığı bildirilir. Ölkədə hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı hadisə ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, bu, Kunduz vilayətində son bir neçə gün ərzində baş verən artıq ikinci partlayışdır. Belə ki, ötən həftə məsciddə baş verən partlayış nəticəsində 33 nəfər həlak olub, daha 43 nəfər isə yaralanıb.