Əfqanıstandakı zəlzələdə ölənlərin sayı artdı - Video - Yenilənib

efqanistandaki-zelzelede-olenlerin-sayi-artdi
Oxunma sayı: 1482

Əfqanıstanın şimalında 6,3 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində 7 nəfər ölüb, 150 nəfər isə yaralanıb.

Yerli vaxtla 20:28-də və 10 kilometr dərinlikdə baş verən yeraltı təkanlar Tacikistan və Özbəkistanda da hiss olunub.

Qeyd olunub ki, zəlzələ zamanı Əfqanıstanın Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərində yerləşən Göy məscidin bir hissəsi dağılıb.

***

Əfqanıstanın şimalında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı azı 20 nəfərə çatıb.

Ölkənin Səhiyyə Nazirliyi daha 320 nəfərin isə xəsarət aldığını açıqlayıb.

Ölənlərin və xəsarət alanların sayının artacağı gözlənilir.